17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.
Fanat.Az xəbər verir ki, U-17-nin toplanışı fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında keçiriləcək "İnkişaf Kuboku" turnirinə hazırlıq məqsədi daşıyır.
Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.
Millimizin heyəti və oyunlarının təqvimi də bəllidir:
1. Rauf Əyyubov - Sabah
2. Elbrus Kərimov - Marset FA (İspaniya)
3. Murad Qurbanov - Zirə
4. Amin Rzayev - Qarabağ
5. Həzrət Səmədov - Sabah
6. Tunar Muradov - Turan Tovuz
7. Tuncay Əhmədov - Marset FA (İspaniya)
8. Fərid Cabbarlı - Zirə
9. Nadir Nəsibli - Marset FA (İspaniya)
10. Muhamməd Çodarov - Marset FA (İspaniya)
11. İbrahim Xəlilov - Sabah
12. Əli Qazibəyov - Qarabağ
13. İmran Suleymanzadə - Zirə
14. Ariz Kərimov - Qəbələ
15. Abdulaziz Cabbarlı - Qarabağ
16. Əhliman Süleymanzadə - Zirə
17. Emil Usubov - Zirə
18. Tunar Rzayev - Marset FA (İspaniya)
19. Əhməd Vəliyev - Qarabağ
20. Əli İbrahim - Qarabağ
16 fevral
16:10. Rusiya – Azərbaycan
17 fevral
12:00. Azərbaycan – İran
19 fevral
14:20. Qazaxıstan – Azərbaycan
Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.