AZ

Millimiz UEFA İnkişaf Kubokunda iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət millimiz fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millimizin hazırlıq prosesi üçün heyəti: Rauf Əyyubov, Həzrət Səmədov, İbrahim Xəlilov (hamısı "Sabah"), Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Muhamməd Çodarov, Tunar Rzayev (hamısı "Marcet", İspaniya), Murad Qurbanov, Fərid Cabbarlı, İmran Suleymanzadə, Əhliman Süleymanzadə, Emil Usubov (hamısı "Zirə"), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim (hamısı "Qarabağ"), Tunar Muradov (Turan Tovuz), Ariz Kərimov (Qəbələ)

Millimizin oyunlarının təqvimi:

16 fevral
16.10. Rusiya – Azərbaycan

17 fevral
12.00. Azərbaycan – İran

19 fevral
14.20. Qazaxıstan – Azərbaycan

Seçilən
68
4
football-plus.az

10Mənbələr