AZ

Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə görüşməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əl – Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşməyi planlaşdırır .​ Busaat.az xəbər verir ki, bu barədə bazar günü ABŞ prezidenti bəyan edib . “ Yeri gəlmişkən , mən onlarla ilk dəfə görüşmürəm ” , – deyə Tramp Luiziana səfəri zamanı təyyarədə müxbirə bildirib .​

Tramp Misir prezidenti və Səudiyyənin vəliəhd şahzadəsi ilə konkret hansı mövzuları müzakirə etmək niyyətində olduğunu açıqlamayıb .​ Eyni zamanda , ABŞ prezidenti fələstinlilərin Qəzza zolağından öz ərazilərinə köçürülməsinin zəruriliyinə ərəb ölkələrinin liderlərini inandıra biləcəyinə əminliyini ifadə edib . ” Niyə onları qəbul etməyə cəsarət etmirlər ? Çünki mənimlə danışmayıblar ” , – deyə Tramp ərəb ölkələrinin liderləri haqqında danışarkən vurğulayıb . ” Mənimlə danışanda qəbul olunacaqlar ” , – o əlavə edib .

ABŞ prezidenti bazar günü həmçinin bildirib ki, fələstinlilərin İsraillə münaqişə bitdikdən sonra Qəzzaya qayıtması düzgün olmaz və anklavın “Yaxın Şərqdəki varlı ölkələrin köməyi ilə yenidən qurulacağını” deyib.

Seçilən
10
busaat.az

1Mənbələr