AZ

Bakıda işdən evə gedən qadın bıçaqlandı- Keçmiş əri saxlanıldı

Bu gün Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə qəsəbədəki məktəblərdən birinin yaxınlığında baş verib.

 

1973-cü il təvəllüdlü G.Həmidovaya kəsici alətlə xəsarət yetirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən, G.Həmidovanın keçmiş həyat yoldaşı 56 yaşlı Ə.Atakişiyev Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bildirilir ki, hadisə G.Həmidova işlədiyi məktəbdən çıxıb evə gedərkən baş verib. O, həmin məktəbdə xadimə işləyir.

Seçilən
18
7
sfera.az

8Mənbələr