AZ

Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsi açılır?


“Ermənistan və Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi martın 1-də açılacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə news.am nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.
Ermənistan Xarici İşlər Nazirliyi xəbərə münasibət bildirib. İdarənin mətbuat katibi Ani Badalyanın “Armenpress”ə verdiyi məlumata görə, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində heç bir dəyişiklik yoxdur:
“Hazırda Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində heç bir irəliləyiş yoxdur, Olsa, məlumat verəcəyik”.
Seçilən
11
17
yeniavaz.com

10Mənbələr