AZ

"Neftçi" braziliyalı vingeri heyətinə qatdı - RƏSMİ

"Neftçi” sıralarına braziliyalı vinger cəlb edib

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı Aleks Fernandes heyətə qatılıb.

O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Fernandes Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Seçilən
17
19
fanat.az

10Mənbələr