AZ

"Neftçi" braziliyalı vingerin transferini AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Neftçi" braziliyalı vingerin transferini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Bildirilib ki, "ağ-qaralar" 22 yaşlı Aleks Fernandeslə anlaşıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Oyunçu Rusiyanın "Baltika" klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.
Aleks Braziliyanın "Atletiko Mineyro" və "Santos" klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan "Çerno More"sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu "Baltika"nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.
Seçilən
51
19
oxu.az

10Mənbələr