Ajans.az xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı futbolçu Elan Rikardo ilə anlaşdığını açıqlayıb.
20 yaşlı yarımmüdafiəçi sabah İstanbula yollanacaq.
Rikardo bu mövsüm yetirməsi olduğu "La Ekidad"ln (Kolumbiya) heyətində 3 rəsmi matçda 1 qol vurub.
Qeyd edək ki, "Beşiktaş" ötən gün daha bir gənc oyunçunu heyətinə cəlb etdiyini açıqlamışdı. Bu, 19 yaşlı ekvadorlu yarımmüdafiəçi Kenni Arroyodur.