AZ

Tramp HƏMAS-dan bütün girovları buraxmasını tələb etdi

ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib, əks halda Qəzza zolağında atəşkəs rejimi pozulacaq.

Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Əgər onlar şənbə günü saat 12:00-a qədər qaytarılmasa, düşünürəm ki, bütün razılaşmaları ləğv etmək vaxtı gəlib", - Tramp söyləyib.

O, HƏMAS bu tələbi yerinə yetirməsə, ABŞ-ın görəcəyi tədbirlər barədə suala cavab verməkdən yayınıb.

Seçilən
5
9
publika.az

10Mənbələr