AZ

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

Bakı, 11 fevral, AZƏRTAC

ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”nın Çində qurduğu enerji saxlanc qurğusu zavodu istehsala başlayıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şanxay şəhərində qurulan zavod bu gün səhər saatlarında təşkil edilən mərasimlə fəaliyyətə başlayıb.

4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək zavod ildə 10 min ədəd ilə 40 gigavat-saat ümumi enerji saxlamağı hədəfləyir. Bildirilib ki, 200 min kvadratmetr sahədə qurulan zavodun tikintisi 8 aya başa çatıb və müəssisəyə ümumi 1,45 milyard yuan (202 milyon dollar) investisiya qoyulub.

Hazırda “Tesla”nın ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10 min “Megapack” istehsal etmək gücünə malik meqa zavodu var. Şirkət, həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən “giqa fabriki”ni 450 min əlavə istehsal həcmi ilə genişləndirməyi planlaşdırır.

Seçilən
18
3
azertag.az

4Mənbələr