AZ

Avropa Ermənistanla maksimum yaxınlaşmanı elan etdi

Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma prosesi getdikcə sürətlənir, lakin Ermənistan hələ də üzvlük üçün rəsmi ərizə təqdim etməyib.

 

“Ermənistanda davam edən müzakirələr Avropa İttifaqının və onun dəyərlərinin cəlbediciliyini nümayiş etdirir. Aİ-Ermənistan münasibətləri heç vaxt indiki qədər yaxın olmayıb. Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması və Avropa Sülh Mexanizmi çərçivəsində 10 milyon avroluq dəstək bunu nümayiş etdirdi”, - bəyanatda deyilir.

 

Brüssel həmçinin erməni həmkarları ilə Avropaya inteqrasiya haqqında qanun layihəsini müzakirə etməyə söz verib. Aİ-yə üzvlük məsələsi hələ hüquqi gündəmdə olmasa da, Ermənistan artıq ittifaqla daha dərin tərəfdaşlığa doğru irəliləyir.

 

Nigar

 

Seçilən
13
50
oxu24.com

10Mənbələr