Türkiyə Super Liqasının 25-ci turunda oynanılacaq “Qalatasaray” – “Fənərbaxça” derbisinin tarixi məlum olub
Heftelik.az-ın məlumatına görə, “RAMS Park”da keçiriləcək qarşılaşma fevralın 24-də, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 21.00) baş tutacaq.
Qeyd edək ki, birinci dövrədə keçirilmiş matçda “Qalatasaray” “Fənərbaxça”nı səfərdə 3:1 məğlub edib.
.