AZ

"Turan Tovuz" üzərində qələbə "Sabah"a nə QAZANDIRDI?

Premyer Liqanın XXII turunda evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb.

Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.

“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.

“Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.

Seçilən
18
3
sportinfo.az

10Mənbələr