AZ

"Kiyev Minsk razılaşmalarını “dəfn etmək” üçün hər şeyi etdi" - Rusiya XİN

Kiyev Qərbin dəstəyi ilə Minsk razılaşmalarını “dəfn etmək” üçün hər şeyi etdi.

 

Sfera.az xəbər verir ki, bu barədə  Rusiya XİN məlumat yayıb. 

 

Bu gün 2015-ci ildə Minskdə “Minsk Sazişlərinin həyata keçirilməsi üzrə Tədbirlər Paketi”nin imzalanmasından 10 il ötür. Onların məqsədi Ukraynanın cənub-şərqində silahlı münaqişəyə son qoymaq olub.

 

"Hakimiyyəti ələ keçirən radikallar öz nizam-intizamını tətbiq etdilər, vətəndaş azadlıqlarını və insan hüquqlarını tapdaladılar və "Maydan qalibləri"nin diktaturası ilə razılaşmayan Donbass sakinlərinin etirazını hərbi güclə yatırmağa cəhd etdilər", -  nazirliyin press-relizində deyilib.

 

Orada həmçinin bildirilib ki, Donbass sakinləri özlərini, adət-ənənələrini və mədəniyyətlərini, rus dilini müdafiə edə biliblər. Kiyev Donbassla sosial-iqtisadi əlaqələrin tam bərpası üçün məsuliyyəti öz üzərinə götürdü və Almaniya və Fransa buna kömək etməli idi, lakin Kiyev rejimi demək olar ki, dərhal razılaşmaları sabotaj etdi və Parislə Berlin buna heç bir reaksiya vermədi.

 

"Qərbin razılığı və dəstəyi, "Tədbirlər Paketi" və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yeddi il ərzində Kiyevin təxribatının tarixi açıq şəkildə göstərir ki, onlar üçün Donbass orada yaşayan insanlar deyil, ərazidir. Milyonlarla rusun və rusdilli sakinlərin taleyi onlara biganədir, ona görə də onlar Minsk razılaşmasının mətnini "bütün sənədlərlə yerinə yetiriblər".

 

Sonda bildirilib ki, guya Ukraynada  hakimiyyətin əsl məqsədi keçmiş Ukrayna SSR ərazilərini rus anlayışndan təmizləməkdir.

İnci 

Seçilən
19
42
sfera.az

10Mənbələr