AZ

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri Tokioda görüşəcək

Bakı. Trend:

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri martın22-də Tokioda görüşməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Görüş zamanı, eyni zamanda, Tokioda xarici işlər nazirləri vəiqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə“Yaponiya-Çin yüksək səviyyəli iqtisadi dialoqu”nun keçirilməsi dənəzərdə tutulur.

Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirlərininrəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi KoreyanınBusan şəhərində görüşüblər. Çinin xarici işlər naziri 2020-ci ildənbəri ilk dəfə Yaponiyaya səfər edəcək. Son zamanlar, iki ölkəarasında münasibətlərdə dialoqun intensivləşməsinin əlamətlərimüşahidə olunur.

Pekin və Tokio nümayəndələri arasında əlaqələr 2024-cü ilinnoyabrında Peruda keçirilən beynəlxalq konfransda Çin sədri SiCinpin və Yaponiyanın baş naziri Şiqeru İşiba arasında keçiriləngörüşdən sonra xüsusilə aktivləşib.

Seçilən
20
5
az.trend.az

8Mənbələr