AZ

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycanın gənc taekvondoçusu Humay Dadaşova Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində qızıl medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Seçilən
23
3
bakivaxti.az

8Mənbələr