AZ

Azərbaycanın qadın taekvondoçusu Türkiyə Açıq turnirində bürünc medal qazanıb

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Antalya şəhərində keçirilən Türkiyə Açıq beynəlxalq turnirində uğurla çıxış edib.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fəxri kürsüyə qalxıb.

M.Əkbərova G-2 kateqoriyalı turnirdə bürünc medal qazanıb.

Seçilən
26
8
90deqiqe.az

9Mənbələr