Kiçik Robert Kennedi çıxışında ABŞ Prezidneti Donald Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb.
"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu o, səhiyyə naziri kimi Oval kabinetdəki andiçmə mərasimində söyləyib.
O deyib ki, agentlik bütün dünyada totalitarizmin və müharibənin pis yayıcısına çevrilmişdi.
Kennedi, həmçinin qeyd edib ki, ABŞ-da hərbi-sənaye kompleksinin təsirində əhəmiyyətli artım olub.
Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutub. Amerika lideri əmin edib ki, Kennedi uşaqların sağlamlığının qızğın müdafiəçisidir.
"O, təhlükəli kimyəvi maddələri ətraf mühitdən və qida ehtiyatımızdan uzaq tutmağa tamamilə sadiqdir", - Tramp vurğulayıb.
"Birləşmiş Ştatlar səhiyyəyə hər hansı digər ölkədən daha çox pul xərcləyir, lakin biz hər il daha çox xəstələnirik", - Amerika lideri yeni nazirin bu vəziyyəti düzəltməli olduğunu əlavə edib.
ABŞ Konqresinin yuxarı palatası kiçik Robert Kennedini səhiyyə naziri vəzifəsinə namizədliyini dəstəkləyib.
"Far.Az" ABŞ mətbuatına istinadən xəbər verir ki, Kennedinin lehinə 52, əleyhinə isə 48 senator səs verib.
Keçən həftə Senatın Maliyyə Komitəsi aparılan səsvermədə Kennedi bir səs fərqi ilə təsdiqlənib: komitədəki 14 respublikaçının hamısı onun namizədliyinin lehinə, 12 demokrat və bir müstəqil şəxs isə əleyhinə səs verib.
ABŞ mediasının məlumatına görə, büdcəsi 1,7 trilyon dollar olan Səhiyyə Nazirliyinin rəhbəri peyvənd, xəstəxanaların yoxlanılması, qida keyfiyyətinə nəzarət, tibbi sığortanın təmin edilməsi və təhlükəli xəstəliklərin öyrənilməsi sahəsində tövsiyələrə nəzarət edir.
Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.