AZ

Tramp Rusiyanın yenidən G7-yə dönməsini istəyir: "Putinə güvənirəm, o da masada olmaq istəyir"

"Rusiya yenidən G7-yə qəbul edilməlidir. Mən bunu çox istəyirəm. Putin də masa arxasında olmaq istəyir. Çox güman ki, G8 olsaydı, Ukrayna ilə bu problem yaşanmazdı".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval Ofisdə yeni fərman və sərəncamların imzalanma mərasimində deyib.

Tramp bildirib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-ın daxil olduğu G7-yə yenidən qəbul edilməlidir: "Rusiyanın Krımı ilhaq etməsindən sonra o zamankı ABŞ prezidenti Barak Obama Rusiyanı G7-dən çıxarmaqla böyük səhv etdi. Onlar geri dönməlidir. Əslində, onları çıxarmaq səhv idi. Mən belə düşünürəm. Məsələ Rusiyanı bəyənib-bəyənməməkdən getmir, söhbət G8-dən gedir"

Tram  yenə də ənənəvi özünü tərifə keçib: "Əgər mən o vaxt prezixent olsaydım, Ukrayna savaşı olmayacaqdı: "Mən Putinin sülh istədiyinə inanıram. Onu yaxşı tanıyıram. Bəli, sülh istəyir. Düşünürəm ki, bunu istəməsəydi, mənə deyərdi. Ona güvənirəm".

Lamiyə ƏHMƏDLİ
MİA.AZ

Seçilən
4
4
mia.az

5Mənbələr