AZ

«Azərbaycan Sənaye Bankı» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

Azərbaycan Sənaye Bankı”nın ümumi gəlirləri 2023-cü ildə 45 503 000 manat, 2024-cü ildə isə 51 591 000 manat olub. Bu, 6 088 000 manatlıq və ya 13,38%-lik artım deməkdir. 

Əhali "Azərbaycan Sənaye Bankı"ndan bu qədər - PULUNU GERİ GÖTÜRÜB - MƏBLƏĞ

Kredit faizlərindən əldə olunan gəlirlər 2023-cü il 15 155 000 manat idisə, 2024-cü ildə 16 962 000 manata çatıb. Yəni 1 807 000 manatlıq artım qeydə alınıb ki, bu da 11,93%-lik yüksəliş deməkdir. Bununla belə, kredit faizlərinin ümumi gəlirlərdəki payı 33% olaraq dəyişməz qalıb. 

Komissiya haqları üzrə gəlirlər 2023-cü il 3 803 000 manat olduğu halda, 2024-cü ildə 4 099 000 manata yüksəlib. Başqa sözlə desək sözügedən gəlir mənbəsi üzrə qazanılan pul 296 000 manat və ya 7,79% artıb. Ümumi gəlirlərdə payı isə 8% olaraq stabil qalıb. 

Valyuta əməliyyatlarından gəlir 2023-cü ildə 1 920 000 manat təşkil etdiyi halda, 2024-cü ildə 2 757 000 manata yüksəlib. Artım 837 000 manat və ya 43,59% səviyyəsində olub. Bu gəlir maddəsinin ümumi gəlirdəki payı 4%-dən 5%-ə qədər yüksəlib. 

Bank digər banklarda depozit yerləşdirərək 2023-cü ildə 17 233 000 manat qazanmışdı, 2024-cü ildə bu göstərici 382 000 manat və ya 8,02% artaraq 18 615 000 manata çatıb. Lakin bu gəlirin ümumi gəlirlərdəki payı 38%-dən 36%-ə enib. 

Digər banklarda yerləşdirilmiş kreditlərdən gəlir 2023-cü ildə 550 000 manat olduğu halda, 2024-cü il bu mənbədən gəlir daxil olmayıb.

Digər faiz gəlirləri çox cuzi də olsa azalıb. Belə ki, 2023-cü ildə 251 000 manat digər faiz gəliri əldə olunduğu halda, növbəti il 247 000 manata düşüb. Nəticədə 1,59%-lik geriləmə müşahidə edilib. Ümumi gəlirlərə nisbəti isə 1% səviyyəsində dəyişməz qalıb. 

Bankın digər qeyri-faiz gəlirləri 2023-cü ildə 6 591 000 manat idisə, bir il sonra bu göstərici 8 911 000 manata çatıb. Beləliklə, məbləğ 2 320 000 manat artıb və bu, 35,19%-lik yüksəliş deməkdir. Sözügedən gəlir maddəsinin ümumi gəlirlərdəki çəkisi 15%-dən 17%-ə qədər böyüyüb.

Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

16 962

33%

Komissiya haqları

4 099

8%

Valyuta əməliyyatlarından gəlirlər

2 757

5%

QK-a investisiyadan gəlir

 

 

Digər banklara depozitlərdən gəlirlər

18 615

36%

Digər banklara kreditlərdən gəlirlər

 

 

Digər faiz gəlirləri

247

1%

Digər qeyri-faiz gəlirləri

8 911

17%

 

 

 

CƏMİ GƏLİRLƏR

51 591

100%

Seçilən
35
10
fed.az

10Mənbələr