Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 32 ahıl ər-arvada evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, səyyar sosial-məişət xidməti göstərilən həmin ailələr əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olanlardır.
Agentlik tərəfindən 2431 nəfəri qadın, 714 nəfəri kişi olmaqla, ümumilikdə, 3145 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2867 nəfəri ahıl, 278 nəfəri yaşı 70-dən aşağı əlilliyi olan şəxslərdir.
Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək olur, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.