AZ

Bir gündə 10 AZN-lik şirkətlərlə 2 milyon manatlıq “alış-veriş

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ötən ilin dekabrında diqqətçəkən tender müqavilələri imzalayıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, maraqlı məqam sabiq deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi fondun cəmi 1 gündə 2 milyon manatlıq müqavilə bağladığı şirkətlərlə bağlıdır.

Belə ki, hər iki şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

1. “LEQO GROUP” MMC
Satınalma predmeti: Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində icmalar üçün müxtəlif avadanlıqların alınması
Məbləğ: 1.250.003 AZN
Qanuni təmsilçi: Mehman Orucov Anar oğlu
Nizamnamə kapitalı: 10 AZN
2. “ALIZADEH GROUP” MMC
Satınalma predmeti: Reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində fərdi sahibkarlıq subyektləri üçün avadanlıqların satın alınması
Məbləğ: 700.023,2 AZN
Qanuni təmsilçi: Əli Əlizadə Rasim oğlu
Nizamnamə kapitalı: 10 AZN
Dövlət qeydiyyatı tarixi: 10.11.2021
Araşdırmalar göstərir ki, “ALIZADEH GROUP” MMC bu müqavilədən cəmi bir ay əvvəl, noyabr ayında da eyni məbləğ və eyni satınalma predmeti üzrə fondla analoji müqavilə bağlayıb.

Milyonlarla manatlıq tenderlərin 10 manatlıq şirkətlərə verilməsi ciddi suallar doğurur. Bu müqavilələrin hansı meyarlarla bağlandığı və şirkətlərin bu sifarişləri icra etmək üçün real potensiala sahib olub-olmadığı sual altındadır.

Seçilən
21
5
tribunainfo.az

6Mənbələr