AZ

Rusiya və Çin bir-birinə etimad göstərir

Çin və Rusiya bir-biri ilə etibarlı tərəfdaşlıq münasibətlərini saxlayır və üçüncü ölkələrə qarşı birgə hərəkət etmirlər.

 

Oxu24.com  xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ deyib.

 

“Çin və Rusiya qonşudur, hər iki tərəf tarixdən dərs alıb, biz ittifaqlara qoşulmuruq, qarşıdurmanı istisna edirik və üçüncü ölkələrə qarşı hərəkət etmirik”, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

 

Vanq Yi həmçinin qeyd edib ki, Rusiya və Çin qarşılıqlı etimada əsaslanan hərtərəfli strateji tərəfdaşlıq formalaşdırıb.

 

Nazir həmçinin qeyd edib ki, Çin öz xalqının maraqları naminə Rusiyadan qaz alır və anti-Rusiya sanksiyalarını faydasız hesab edir.

 

Dekabrın 12-də Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedevlə görüşündə bildirib ki, Çin və Rusiya siyasi əməkdaşlığı dərinləşdirməyə və bütün sahələrdə əməli əməkdaşlığı ardıcıl şəkildə genişləndirməyə davam edəcəklər.

 

Bundan əvvəl Vanq Yi Çinin Rusiya ilə əməkdaşlığı daha da gücləndirməyə hazır olduğunu bildirib.

 

Nigar

 

Seçilən
19
38
oxu24.com

10Mənbələr