AZ

"WhatsApp"da YENİ FUNKSİYALAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"WhatsApp" tərtibatçıları istifadəçilərə mesaj bildirişləri və fərdi fonlar üçün müxtəlif mövzuların tətbiqini elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Qeyd olunur ki, yeniləmədən sonra mesencerin parametrlərində 30 divar kağızı əlçatan olacaq.
Bundan əlavə, unikal birləşmələr yaratmaq üçün dialoq komponentlərinin rənglərini kombinə etmək mümkün olacaq.
İstifadəçilər bütün çat və kanallarına vahid üslub tətbiq edə, həmçinin ayrı-ayrı çatlar üçün mövzuları fərdiləşdirə biləcəklər. Təyin edilən parametrləri yalnız onları təyin edən istifadəçilər görə biləcək.
Artıq bəzi "WhatsApp" istifadəçilərində yeni funksiyalar aktiv edilib. Yeniləmə yaxın həftələrdə tam istifadəyə veriləcək.
Seçilən
41
50
oxu.az

10Mənbələr