1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımovun idarə etdiyi VAZ-2101 markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanıb.