“Qarabağ”dan ayrılan Braziliya əsilli yarımmüdafiəçi Riçard Almeydanın yeni klubu bəlli olub.
Tribunainfo.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək.
O, A2 Liqasında mübarizə aparan “Primavera”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lakin müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-2025-ci illərdə Ağdam təmsilçisində çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Futbolçu Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.