AZ

Novruzda 11 gün tətil olacaq

Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb.

"Unikal" xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.

Seçilən
16
4
unikal.az

10Mənbələr