Bu gecə Las-Veqasda "UFC Fight Night" turniri start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın qarışıq döyüş ustası Nazim Sadıxov da çıxış edəcək.
ABŞ-də yaşayan həmyerlimizin rəqibi braziliyalı İsmael Bonfim olacaq.
Sadıxov bundan əvvəl 11 döyüşdən 9-da qələbə qazanıb, 1-də uduzub, 1-də də heç-heçə edib. O, son döyüşünü 2023-cü il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq mübarizədən sonra hakimlər bərabərlik qeydə alıblar.
İdman.biz