AZ

Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı yüngül atlet Qrant Fişer Bostonda Dünya Atletika Assosiasiyasının (World Athletics) himayəsi altında keçirilən turnirdə qapalı məkanda 5 000 metr məsafəyə qaçış üzrə dünya rekordunu qırıb.
Oxu.Az bu barədə matchtv.ru-ya istinadən məlumat verir.
Bildirilir ki, Fişer məsafəni 12 dəqiqə 44.9 saniyəyə qət edib. 2004-cü ildən bu nailiyyət Efiopiya təmsilçisi Keninisa Bekeleyə məxsus idi - 12 dəqiqə 49.06 saniyə.
Xatırladaq ki, bazar günü Nyu-Yorkda keçirilən turnirdə Fişer 3 000 metr məsafəyə qaçışda da dünya rekordunu yeniləyib.
Qeyd edək ki, amerikalı atlet Paris Olimpiya Oyunlarında beş və on min metr məsafələrə qaçışda ikiqat bürünc medal sahibidir.
Seçilən
26
37
oxu.az

10Mənbələr