Bakı. Trend:
Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən NazimSadıxov, UFC promouşenində növbəti qələbəsini əldə edib.
Trend-inməlumatına görə, "UFC Fight Night" 251 turniri fevralın 16-na keçəngecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib. Yüngülçəkidə mübarizə aparan Nazim Sadıxov, Braziliyanın nümayəndəsiİsmael Bonfim ilə qarşılaşıb.
Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitindəkeçsə də, həlledici an fasiləyə yaxın azərbaycanlı döyüşçününBonfimin sağ göz nahiyəsinə ayaqla vurduğu uğurlu zərbə olub.
Braziliyalı döyüşçü ilk 5 dəqiqəlik raundun sonuna qədərmüqavimət göstərsə də, birinci və ikinci raund arasında fasiləzamanı həkimlər Nazimin rəqibinin sağ gözündə görmə qabiliyyətininitirildiyini müəyyən edərək döyüşü dayandırıblar.
Bu qələbə ilə Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazanmışoldu.