AZ

ABŞ-da güclü tufan nəticəsində 9 nəfər həyatını itirib

Vaşinqton, 16 fevral, AZƏRTAC

ABŞ-ın Kentukki və Corciya ştatlarında baş vermiş güclü tufan nəticəsində 9 nəfər ölüb.

AZƏRTAC-ın məlumatına görə, yolları və evləri su basması nəticəsində 8 nəfər Kentukki ştatında həyatını itirib. Qubernator Endi Beşarın sözlərinə görə, bir sutkadan az müddətdə bölgədə mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Hazırda ştatda 300-dən çox yol bağlanıb.

Daha bir nəfər Corciya ştatında ölüb.

Qərbi Virciniya, Virciniya, Kentukki, Arkanzas, Corciya və Tennessi ştatları daşqın xəbərdarlığı altındadır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
50
7
azertag.az

8Mənbələr