Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 -ci illər mövsümünün yeni tamaşaçı rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında 23-cü tur çərçivəsində keçirilmiş Azərbaycan derbisinə təsadüf edib.
“Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Buna qədərki ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı. 2024-cü il dekabrın 1-də keçirilmiş həmin görüşü 7069 tamaşaçı seyr etmişdi. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.
