"Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkov 100-cü oyununa çıxıb.
Azərbaycan Premyer Liqasının XXIII turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
"Operativ Media" PFL-İn rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib. O, bu görüşlərdə 34 qola imza atıb.
2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də “Sabah”la görüşdə (2:0) debüt edib.