Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.
Həm qadınların, həm də kişilərin sıralamasında ölkəmiz birinci yerdə qərarlaşıb (qadınlar - 75 xal, kişilər - 90 xal).
Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb. Belə ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “AZERRAIL”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.