17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusun paytaxtı Minskdə təşkil olunmuş İnkişaf Kubokunda ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz ilk oyununda bu gün Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Rusiya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində fevralın 17-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığması ilə qarşılaşacaq. Fevralın 19-da saat 14:20-də isə yığmamızı Qazaxıstan kollektivi ilə görüş gözləyir.