AZ

APA-nın Bakıda keçiriləcək 15-ci sessiyasında İranı parlament sədri təmsil edəcək

İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf ölkəsini Asiya Parlament Assambleyasının (APA) Bakıda keçiriləcək 15-ci plenar sessiyasında təmsil edəcək.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi bildirib.

Səlimi fevralın 18-20-də Bakıda keçiriləcək tədbirin əhəmiyyətini və yüksək təşkilatçılığını vurğulayıb. Onun sözlərinə görə, çoxlu sayda yüksək səviyyəli iştirakçıların olması bunu sübut edir.

Qeyd olunur ki, Qalibaf tədbirdə çıxış etməyi, bir sıra ölkələrin parlament sədrləri və deputatları ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirməyi planlaşdırır.

İran nümayəndə heyətinə ölkə parlamentinin büdcə, iqtisadiyyat, siyasət, mədəniyyət və sosial məsələlər üzrə komitələrinin sədrləri daxildir.

Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.

Seçilən
50
7
report.az

10Mənbələr