AZ

Azərbaycan silahları IDEX-2025 sərgisində nümayiş olunur

Fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisində 132 000-dən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.

Seçilən
20
17
poliqon.az

10Mənbələr