AZ

Azərbaycanda "çoxuşaqlı ailə" anlayışı DƏYİŞDİRİLƏ BİLƏR

Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi üzərində iş gedir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.
 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, çoxuşaqlı ailələr 5 və daha artıq uşağı olan ailələr hesab olunur:
 

- "Əmək pensiyaları haqqında" Qanuna əsasən, 5 və daha artıq uşağı olan ailələrdə valideyn (ana-red.) 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdir. Eyni zamanda, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, 6 və daha çox uşağı olan ailələr aylıq olaraq çoxuşaqlı kimi sosial müavinət almaq hüququna malikdirlər. Qiymətləndirmələr göstərir ki, hazırda çoxuşaqlı ailə kimi sosial müavinət alan ailələrin sayı təqribən 7 mindən bir az çoxdur. Milli Məclisdə müzakirələr zamanı da təkliflərdən biri çoxuşaqlı ailə anlayışına yenidən baxılması və uşaq sayının mərhələli şəkildə azaldılmasının həyata keçirilməsi ilə bağlıdır”.
 

V.Bayramov da bildirib ki, çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi təklif olunur:
 

“Bu nəticə etibarilə daha çox ailələrin çoxuşaqlı ailə kimi pensiya yaşı güzəştlərindən istifadə etməsinə, eyni zamanda, sosial müavinət almasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, müstəqillik dövründə ailələrdə uşaqların sayı SSRİ dövrü ilə müqayisədə azalıb, onda bu fakt çoxuşaqlı ailə anlayışına yenidən baxılmasını aktuallaşdırır. Ona görə də bu istiqamətdə təkliflər təqdim olunub, təqdim olunan təkliflərin maliyyə  qiymətləndirilməsinin hazırlanması və ona uyğun olaraq qərarların verilməsi məqsədəuyğundur. Düşünürük ki, sosial müavinət, eləcə də əmək pensiyaları ilə bağlı aparılan islahatların bir istiqaməti də çoxuşaqlı ailə anlayışına yenidən baxılması ola bilər”.

Seçilən
21
2
modern.az

10Mənbələr