AZ

Maliyyə Nazirliyi 45 nəfər vəzifəli şəxsi cərimələyib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2024-cü ildə 38 təşkilatda yoxlamalar aparılıb.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, bu yoxlamalarla aşkar olunmuş 6.360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5.146,6 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 1.213,5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Seçilən
0
49
apa.az

10Mənbələr