AZ

“Şamaxı”nın hücumçusu Rusiya klubuna keçib

Bakı, 19 fevral, AZƏRTAC

“Şamaxı” komandası hücumçusu Belajdi Pusi ilə yollarını ayırıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, futbolçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” (Voronej) klubu ilə razılıq əldə edilib. Pusi artıq Rusiya təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Mövsümün əvvəlində komandaya qoşulan Belajdi Pusi “Şamaxı” forması ilə 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
43
3
azertag.az

10Mənbələr