AZ

Roma Papası Fransiskin ölümünə hazırlıqlar başlayıb

Roma

Roma Papası Fransiski qoruyan İsveçrə Qvardiyası pontifikin mümkün ölümü və dəfn mərasimi ilə bağlı məşqlərə başlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, İsveçrə Qvardiyası pontifikin ölümü də daxil olmaqla istənilən ehtimala hazırlıq görür.

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin açıqlamasında deyilir ki, Papa Fransiskin vəziyyəti stabildir və qan analizinin nəticələri bəzi göstəricilərdə onun bir qədər yaxşılaşdığını göstərir.

Xatırladaq ki, 88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır. Bir gün əvvəl ona ikitərəfli pnevmoniya (sətəlcəm) diaqnozu qoyulub. Həkimlər onun kliniki vəziyyətinin mürəkkəb olduğunu bildirirlər.

E. KAMAL
Seçilən
57
3
reyting.az

10Mənbələr