AZ

“Trampın Zelenski ilə bağlı dedikləri yanlış və təhlükəlidir” - Olaf Şolz

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskinin diktator olması ilə bağlı iddiasını qətiyyətlə rədd edib. "Prezident Zelenskinin demokratik legitimliyi olmadığını söyləmək sadəcə olaraq səhv və təhlükəlidir".

Herbiand.az xəbərt verir ki, bu barədə kansler Scholz həftəlik “Spiegel” nəşrinə bildirib.

"Həqiqət budur ki, Vladimir Zelenski Ukrayna dövlətinin qanuni seçilmiş rəhbəridir. Müharibə şəraitində düzgün seçkilərin keçirilməsinin qeyri-mümkün olması Ukrayna konstitusiyasının və seçki qanunlarının müddəalarına uyğundur. Və heç kimin bunun əksini iddia etməyə haqqı yoxdur".

O xatırladıb ki, Ukraynaya qarşı müharibəyə məhz Vladimir Putin başda olmaqla Rusiya başlayıb. "Ukrayna artıq üç ilə yaxındır ki, özünü Rusiyanın amansız təcavüzündən müdafiə edir”.

Seçilən
40
16
herbiand.az

10Mənbələr