AZ

Dağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub — FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Fevralın 20-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında sulu qar, dağlıq və dağətəyi rayonlara isə qar yağır.

Yağan qar örtüyünün hündürlüyü Qrızda, Qax (Sarıbaş) 12, Şahdağda 11, Gədəbəydə 8, Şəki, Balakəndə 4, Zaqatalada 3, Şuşa, Xankəndi, Tovuz, Şamaxı, Qobustan, Altıağac, Qusar, Xaçmaz, Quba, Xaltan, Şabran, Qəbələ,Yardımlı, Ağstafa, Daşkəsəndə 1 sm-dir.

Düşən yağıntının miqdarı Sabirabadda 6, Lənkəranda 5, Biləsuvar 4, Oğuz, Göyçay, Astara, Şahbuzda 2, Naxçıvan, Naftalan, İsmayıllı, Tərtər, Yevlax, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Cəlilabad, Şirvan, Şəmkir, Tovuz, Neftçala, Lerik, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 26 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada isə küləyin sürəti 20 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax(Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Seçilən
7
49
demokrat.az

10Mənbələr