İspaniyanın Şimali Afrika ərazisi Seuta ilə Mərakeş arasında narkotik qaçaqmalçılığı üçün istifadə edilən 12 metr dərinlikdə tunel aşkar edilib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
Tunelin uzunluğu hələ müəyyən edilməsə də, ərazinin uzun müddətdir ki, əməliyyatların mərkəzində olduğu məlumdur.
Məlumata görə, tunel sənaye zonasındakı anbarda aparılan axtarış zamanı aşkarlanıb.
“Hades” adlı əməliyyatda son 3 həftədə 2-si polis olmaqla 14 nəfərin saxlanıldığı, 6 ton narkotik maddənin ələ keçirildiyi bildirilib.
Səfurə