Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.
Hava limanından APA-ya bildirilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülməkdədir.
Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir.
Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.