Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovAlmaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icmasıilə görüşüb.
Trend xəbərverir ki, bu barədə komitə məlumat yayıb.
Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizinərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətənoğullarının əziz xatirəsinin ehtiramla yad olunması iləbaşlayıb.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri NuranAbdullayev görüş iştirakçılarını təşkilatın işi barədəməlumatlandırıb, Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayansoydaşlarımızın müstəsna xidmətləri olduğunu bildirib.
Komitə sədri soydaşlarımıza diaspor işinə verdikləri töhfələrəgörə təşəkkür edib. O, komitənin və diasporun həyata keçirdiyiuzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, KoordinasiyaŞuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında uğurla gedənicmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacibistiqamətləri barədə danışıb.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu günPrezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yenisəviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hərbir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərəçatdırılıb.
Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezidentMehriban Əliyevanın xidmətlərinin danılmaz olduğu və xaricdəkisoydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyivurğulanıb.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü̈,“Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu SəbinəMəmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayansoydaşlarımızın birliyi istiqamətində aparılan işlərdən danışıb,diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinəminnətdarlıq ifadə edib.
Daha sonra ölkəmizin Qarabağda qazandığı qələbədən bəhs edənvideoçarxlar nümayiş̧ olunub və alqışlarla qarşılanıb.
Görüşdə soydaşlarımızın sualları cavablandırılıb, icmafəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlıtəkliflər səsləndirilib, perspektivlər geniş müzakirə olunub.
Tədbir bədii hissə ilə davam edib. Skripkaçılar FərhadQarayusifli, Anne-Heloise Gevers, Almaniyada yaşayan bəstəkar,müğənni və multiinstrumentalist Seyran İsmayılxanov, İtaliyadayaşayan opera ifaçısı, mezzo-soprano Çinarə Şirinova, pianoçuSəbinə Məmmədova, Muğam Televiziya Müsabiqəsinin laureatı VüsaləCabirin ifaları və digər zövq oxşayan musiqilər alqışlarlaqarşılanıb.
Qeyd edək ki, icma görüşünə Almaniyanın 25-dən çoxşəhərindən 200-dən artıq soydaşımız qatılıb.
Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdəyaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir,soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diasporşəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlilolunur.