AZ

HƏMAS israilli girov Şiri Bibasın cəsədini Qırmızı Xaça təhvil verib

HƏMAS hərəkatı israilli girov Şiri Bibasın cənazəsini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

APA xəbər verir ki, bu barədə “Əl-Cəzira” telekanalı məlumat yayıb.

Kanalın mənbəsinin sözlərinə görə, qalıqların həkimlərə təhvil verilməsini HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması həyata keçirib.

Məlumatı “Al Hadath” telekanalı da öz mənbələrinə istinadən yayıb.

HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.

Seçilən
3
5
apa.az

6Mənbələr