Bakı. Trend:
Fevralın 21-də ölkə ərazisində qeydə alınan 48 cinayətinaçılması polis əməkdaşları tərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədənborclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.