Bakı. Trend:
Fevralın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 71, əvvəlkidövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədənborclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.