Bakı. Trend:
Fevralın 24-də ölkə ərazisində qeydə alınan 37, əvvəlkidövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədənborclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.